Mövsümə uğursuz start verən “Səbail”də ayrılıq yaşanmaq üzrədir.
Apasport.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi komandanın nəticələrindən məmnun deyil.
“Dənizçilər” bir sıra dəyişikliklərə əl atmağa hazırlaşır. Bunlardan ilki baş məşqçi postunda yaşanacaq.
“Ağ-göylər” Şahin Diniyevlə yollarını ayırmağı planlaşdırır. Komandanın uğursuz çıxışı bir neçə tur daha davam edərsə, təcrübəli mütəxəssis postunu tərk edəcək.
Klub rəhbərliyi artıq yeni çalışdırıcı axtarışlarına da start verib. Yeni namizədin yerli mütəxəssis olacağı gözlənilir.
Mənbəyə inansaq, artıq rəhbərlik "Kəpəz"in sabiq baş məşqçisi Adil Şükürovla bu barədə qeyri-rəsmi söhbət də edib.
Hazırda Şükürov "Səbail"in yeni məşqçisi olmağa ən real namizədlərdən biridir.
Qeyd edək ki, Şahin Diniyev 2022-ci ilin dekabrında “dənizçilər”in sükanı arxasına keçib.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB