Azərbaycan şahmatçısı Rauf Məmmədov Dünya kubokuna vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 36 yaşlı qrossmeyster buna Monteneqroda keçirilən Avropa çempionatında 14-cü yeri tutmaqla nail olub.
Məmmədov yarışın son turunda Momçil Petkovla (Bolqarıstan) qarşılaşıb və qələbə qazanıb. Bununla da aktivindəki xalını 7,5-ə yüksəldən şahmatçımız çempionatı 14-cü yerdə bitirib. Bu mövqe ona Dünya kubokuna vəsiqə verib. Yarışda digər təmsilçilərimiz ilk “20-liy”ə düşə bilməyiblər.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 22 şahmatçı təmsil edib. Yarışın qalibi 9 xal toplayan serbiyalı Aleksandar İnciç olub. Avropa çempionatında ümumilikdə 395 şahmatçı iştirak edib. 100 min avro mükafat fondu olan yarışın qalibi 20 min avro əldə edib.
- Qətərdə rapid və blits üzrə dünya çempionatı start götürüb
- Beynəlxalq yarışlarda uğurlu çıxış edən şahmatçılarımız mükafatlandırılıb - FOTO
- Şahmatçılarımız türkdilli dövlətlər arasında çempion olub - FOTO
- Xankəndidə keçirilən Vüqar Həşimov Memorialının qalibi bəlli olub
- Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib - FOTO