Azərbaycan şahmatçıları Türküstanda mübarizə aparacaqlar
20.11.2026 - 15:52
Azərbaycan şahmatçıları Türküstanda mübarizə aparacaqlar

Noyabrın 20-dən 28-dək Qazaxıstanın Türküstan şəhərində kişi və qadınlar arasında Türk Şahmat Assosiasiyasının çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, 7 ölkənin şahmatçılarının qatılacağı turnir FİDE qaydalarına uyğun olaraq, 14 turdan ibarət dairəvi sistemlə (iki dövrə) təşkil olunacaq.

Azərbaycanı kişilərin yarışında Nicat Abasov, qadınların mübarizəsində isə Gövhər Beydullayeva təmsil edəcək.

Çempionat çərçivəsində veteran şahmatçılar arasında da yarış keçiriləcək. Bu kateqoriyada ölkəmizin idman şərəfini Vüqar Bayramov qoruyacaq.