Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə Avropa Klub Kuboku başa çatıb.
Apasport.az xəbər verir ki, kişilərin yarışında Azərbaycanın “Vüqar Həşimov” klubu 10 xalla 10-cu yeri tutub.
Qadınların turnirində isə “Odlar Yurdu” klubu 10 xalla 3-4-cü yerləri bölüşüb. Əlavə göstəricilərə əsasən, təmsilçimiz yekun sıralamada 4-cü olub.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Baegan Pendik” klubu isə Avropa Klub Kubokunun qalibi olub.
Qeyd edək ki, “Vüqar Həşimov” klubunun üzvü Aydın Süleymanlı birinci lövhədəki şəxsi nəticələrinə görə bürünc medal qazanıb. “Odlar Yurdu”nun şahmatçısı Gülnar Məmmədova isə dördüncü lövhədə qızıl medala layiq görülüb.
- Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- "Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
- Azərbaycan klubları Avropa Kubokunda qələbə qazandı
- Avropa Kuboku: “Odlar Yurdu” ikinci pilləni bölüşür
- “Shirvan Open 2026”nın açılış mərasimi keçirilib