Basketbolçularımız Serbiyada təlim-məşq toplanışı keçirir
20.11.2026 - 14:09
14 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışı keçirir.
Apasport.az xəbər verir ki, noyabrın 19-dan 22-dək davam edəcək hazırlıq prosesi çərçivəsində yığmamız bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, U-14 millimiz Serbiyanın tanınmış klubları “Partizan” və “Crvena Zvezda” ilə qarşılaşacaq.
0
0