"Neftçi" Latviya səfərindən məğlub qayıdır - YENİLƏNİB
19.11.2026 - 09:22
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” H qrupunun VII turu çərçivəsində Latviyada “Riqa”nın qonağı olub.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Təmsilçimiz rəqibinə 55:96 hesabı ilə uduzub.
Qeyd edək ki, əvvəlki altı matçda cəmi bir qələbə qazanan “Neftçi” beş dəfə məğlub olub. Paytaxt təmsilçisi 7 xalla H qrupunun sonuncu pilləsində qərarlaşıb.
0
0