“Aston Villa”da yeni müqavilə
18.11.2026 - 19:54
“Aston Villa”da yeni müqavilə

"Aston Villa" yarımmüdafiəçi Amadu Onananın müqaviləsinin müddətini yeniləyib.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Belçika milli komandasının üzvü ilə imzalanan müqavilənin müddəti açıqlanmasa da, uzunmüddətli anlaşma olduğu qeyd olunub.

Qeyd edək ki, "Aston Villa" Amadu Onananı 2024-cü ilin yayında "Everton"dan 60 milyon avroya transfer edib.