Dünya və Avropa çempionu butslarını mismardan asdı
18.11.2026 - 13:29
Dünya və Avropa çempionu butslarını mismardan asdı

“Qalatasaray”ın sabiq futbolçusu Xuan Mata 38 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Apasport.az xəbər verir ki, son olaraq Avstraliyanın “Melburn Viktori” klubunda çıxış edən ispaniyalı futbolçu sosial şəbəkə hesabında futbolla vidalaşdığını bildirib.

Mata 2022/23-cü illərdə “Qalatasaray”da çıxış edib və Türkiyə çempionu olub. O, İstanbul klubunun heyətində 18 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Karyerası ərzində “Valensiya”, “Çelsi” və “Mançester Yunayted” kimi klublarda da çıxış edən Mata Çempionlar Liqası, Avropa Liqası və İspaniya Kubokunun qalibi olub. İspaniya millisi ilə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionluğu yaşayıb.

Qeyd edək ki, təcrübəli futbolçu peşəkar karyerasını 699 oyun, 148 qol və 166 məhsuldar ötürmə ilə başa vurub.