“LANDAU Lions” məğlub olub
18.11.2026 - 21:57
"LANDAU Lions" basketbol klubu FIBA Avropa Kubokunda növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, VII turda Slovakiya təmsilçisi "Prievidza" ilə qarşılaşan Erhan Tokerin baş məşqçi olduğu komanda rəqibinə uduzub - 93:97.
G qrupunun matçı Bakı İdman Sarayında keçirilib.
Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 görüşün cəmi birində qələbə qazanmağı bacaran "LANDAU Lions" 8 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.
0
0