Millimiz İslandiyaya məğlub olub
18.11.2026 - 09:20
Millimiz İslandiyaya məğlub olub

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız III turda səfərdə İslandiya ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 129:41 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz daha əvvəl İrlandiyaya (73:91) və İsveçrəyə (33:84) uduzub.