Ribeyro “Araz-Naxçıvan”la oyunda meydana çıxa biləcək
20.11.2026 - 12:55
“Neftçi” Misli Premyer Liqasının XII turunda qarşılaşacağı “Araz-Naxçıvan”la matça hazırlığı davam etdirir.
Apasport.az xəbər verir ki, komanda bu gün “Palms Sports” Futbol Mərkəzində baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında növbəti məşqinə çıxıb.
“Turan Tovuz”la görüşdə qırmızı vərəqə alaraq iki oyunluq diskvalifikasiya edilən İqor Ribeyronun cəzası başa çatıb. Bu səbəbdən futbolçu qarşıdakı matçda komandasına kömək edə biləcək.
Qeyd edək ki, noyabrın 22-də Şamaxı şəhər stadionunda keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” oyunu saat 14:30-da başlayacaq.
0
0