Atletlərimizdən Rusiyada daha bir medal
20.11.2026 - 10:05
Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov Rusiyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, idmançımız Şanxay Əməkdaşlıq Təşkilatının Açıq Kubokunda 75 kq çəki dərəcəsində mübarizə aparıb.
Qasım birdən qaldırma hərəkətində 135 kq, təkanla qaldırmada isə 166 kq nəticə göstərib. İki hərəkətin cəmində 301 kq ağırlığı ram edən təmsilçimiz yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, digər təmsilçimiz Fuad Həsənov da turnirdə 70 kq çəki dərəcəsində bürünc medal qazanıb.
0
0