Şahruddin Məhəmmədəliyev “Sabah”la oyunu buraxa bilər
10.11.2022 - 17:53
Şahruddin Məhəmmədəliyev “Sabah”la oyunu buraxa bilər

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin zədəsi ciddi deyil.

Bu barədə apasport.az saytına Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, “Turan Tovuz”la Misli Premyer Liqasının III turundan təxirə salınmış matçda xəsarət alan milli komandamızın qolkiperinin səhhətində ciddi problem yoxdur. Ancaq Məhəmmədəliyev XIV turda “Sabah”la qarşılaşmanı buraxa bilər: “Təhlükəli bir şey yoxdur. Sadəcə, çiynində zərbənin təsirindən olan ağrılar var. “Sabah”la matçda iştirak edib-etməyəcəyi bəlli deyil”.

Qeyd edək ki, noyabrın 13-də keçiriləcək “Sabah” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.
 

0