Şahruddin Məhəmmədəliyev zədələndi
09.11.2022 - 16:26
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.
Apasport.az saytının məlumatına görə, qolkiper “Turan Tovuz”la görüşün sonlarına yaxın çıxış zamanı yerə düşüb.
Millinin üzvü ağır zədəyə baxmayaraq həkimlərin köməyi ilə oyunu başa çatdıra bilib. Amma matç bitən kimi yerə yıxılan Şahruddini meydandan xərəklə çıxarmaq mümkün olub. Onu əvəzləyicisi Luka Quqeşaşvili və rəqib qapıçı Kamal Bayramov da xərəyi daşıyanlar sırasında olub.
Qeyd edək ki, “Qarabağ” Tovuzdakı matçda 2:0 hesablı qələbə qazanıb.
- Millimiz üçün danışılmış oyunlarla bağlı sessiya təşkil olunub
- Rusiya yığmasının matçını Kamal Umudlu idarə edəcək
- "Sabah" heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib
- AFFA-nın vitse-prezidenti İspaniya millisinin oyununa təyinat alıb
- Qırğızıstan klubu azərbaycanlı futbolçularla yollarını ayırıb
1
0