“Qarabağ”ın heyətini Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevlə gücləndirə biləcəyi ilə bağlı xəbər vermişdik. Artıq tərəflər arasında razılıq əldə edilib.
Apasport.az saytına verilən məlumata görə, “Adana Demirspor”dan ayrıldıqdan sonra Rusiyaya yollanmış Məhəmmədəliyev artıq oranı tərk edib. Amma 30 yaşlı qapıçı “Qarabağ”ın Avstriya toplanışına qatılmayıb. O, birbaşa Bakıya gəlib. “Qarabağ”ın düşərgəsinə də paytaxtdakı toplanışda qatılacaq.
Əlavə edək ki, “Qarabağ”ın Şahruddinlə bir illik müqavilə imzalayacağı gözlənilir. Məhəmmədəliyev özü də, Ağdam klubuna qayıtmaqda israrlı olub və komandanın dəvətini geri çevirməyib. "Qarabağ"a görə qolkiper Rusiya, Türkiyə və BƏƏ Yüksək Liqasında yarışan klubların təklifindən imtina edib.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama