"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
23.06.2024 - 19:33
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi

“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda gürcüstanlı yarımmüdafiəçi Georgi Kantariyanı heyətinə qatıb. Kantariya ilə bir illik müqavilə imzalanıb.

27 yaşlı futbolçunun son klubu Livan “Nejmeh”ı olub. O, daha əvvəl Azərbaycanda "Kəpəz" klubunun da formasını geyinib.

0