"Şamaxı" heyətini gürcüstanlı futbolçu ilə gücləndirəcək
22.06.2024 - 12:53

"Şamaxı" daha bir legioneri heyətinə qatmağa yaxındır.
Apasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi Giorgi Kantariyanın keçidini həll edib.
Gürcüstanın U-21 yığmasının sabiq üzvü də "Şamaxı"ya keçidə razılıq verib. O, son olaraq Livanın "Nejmeh" klubunda oynayıb.
Kantariya iki mövsüm əvvəl isə "Kəpəz"in formasını geyinib. "Zuqdidi", " Neman", "Telavi"də də oynamış 27 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanacaq. Əlavə edək ki, " Şamaxı" daha öncə legionerlərdən Belajdi Pusi və Brahim Konateni heyətinə qatmışdı.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
0
0