"Şamaxı" qapıçısını itirdi
14.08.2022 - 18:36
Misli Premyer Liqasının II turunda “Şamaxı” itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, “Qəbələ” ilə səfər oyununda qapıçı Əkpər Vəliyev sıradan çıxıb.
21 yaşlı qolkiper matçın 10-cu dəqiqəsində zədələnib. Həkim müdaxiləsinə baxmayaraq, gənc qapıçı mübarizəni davam etdirə bilməyib. Nəticədə baş məşqçi Vüqar Əsgərli erkən əvəzləməyə əl amalı olub. Vəliyevin yerinə Rəşad Əzizli meydana daxil olub.
Qeyd edək ki, birinci hissəsi gedən “Qəbələ” – “Şamaxı” görüşündə birincilər 2:0 hesabı ilə öndədir.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0