AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının IX turunun matçlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb.
“Qəbələ” – “Qarabağ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 1600 manat cərimələnib. Qəbələ təmsilçisinin futbolçusu İlkin Qırtımov ciddi qayda pozuntusu üzündən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 matçlıq diskvalifikasiya edilib. “Qəbələ” 1600 manat ziyana düşüb.
“Neftçi” – “Turan Tovuz” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə bakılılar 1600 manat cərimə olunub. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat ödəyəcək.
“Zirə” – “Şamaxı” görüşündə qonaqların futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması kluba baha başa gəlib. Şamaxı təmsilçisi 3000 manat cərimələnib.
- İslam Həmrəyliyi Oyunları: Günün proqramı
- De Blekere mübahisəli epizodları şərh edib - VİDEO
- Millimizin üzvləri Kürdəxanıda yeniyetmə futbolçularla görüşüblər
- Ayxan Abbasov: “Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm”
- Anton Krivotsyuk: “Ayxan müəllimin gəlişindən sonra milli ruh yaranıb”