“Şamaxi”da itki
03.09.2022 - 16:20
“Şamaxi”da itki

“Şamaxı” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Amil Yunanov Misli Premyer Liqasının V turunun “Turan Tovuz”la görüşünü erkən başa vurub.

15-ci dəqiqədə xəsarət alan hücumçu oyunu davam etdirə bilməyib. Məşqçilər korpusu onu əvəzləməli olub. Meydana Kamran Quliyev daxil olub.

Qeyd edək ki, “Şamaxı” – “Turan Tovuz” matçında hesab açılmayıb.
 

0