“Qarabağ” yarımfinalda - YENİLƏNİB
04.03.2026 - 20:59
“Qarabağ” yarımfinalda - YENİLƏNİB

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşləri davam edir. 

Apasport.az xəbər verir ki, ikinci oyun günündə cəmi bir oyun baş tutub.

"Qarabağ" öz meydanında "Şamaxı"nı qəbul edib. Matç dramatik alınıb. Ağdamlılar geridönüş edərək yarımfinala vəsiqə qazanıb.

Azərbaycan kuboku
1/4 final, cavab oyunları

19:00. “Qarabağ” -  “Şamaxı” 3:1 (ilk oyun - 1:2)
Qollar: E. Addai, 5, 61, L. Andrade, 63 - K. Rossi, 31

Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Fərid Hacıyev