“Şamaxı”dan növbəti transfer
07.07.2025 - 23:40
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sözügedən komanda isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. 31 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.
Rossi son olaraq İsveçrənin “Şaffhauzen” klubunda çıxış edib.
“Şamaxı” daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov və Dioqo Balaunu da transfer etmişdi.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək
0
0