“Şamaxı”dan növbəti transfer
04.08.2025 - 23:17
Misli Premyer Liqası təmsilçisi “Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
"Aslanlar" Ravil Qafarovu heyətinə cəlb edib.
20 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Şamaxı” bundan əvvəl Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Enrike, David Tomas Dos Santos Oliveyra, Rikardo Apolinario və Bilal İsmayılovu transfer edib.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
0
0