“Şamaxı” klubunun futbolçu heyəti müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu gün baş tutan təqdimat mərasimində yeni mövsümdən Premyer Liqada bölgə təmsilçisinin formasını geyinəcək oyunçuların adları açıqlanıb.
Baş məşqçi Vüqar Əsgərlinin sərəncamında ümumilikdə 25 futbolçu olacaq. Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur.
Qapıçılar: Rəşad Əzizli, Əkpər Vəliyev, Sahib Həsənov;
Müdafiəçilər: İbrahim Aslanlı, Arsen Ağcabəyov, Rəhman Daşdəmirov, Fuad Bayramov, Elçin Mustafayev, Cavid Heydərov, Abdulla Rzayev, Rauf Hüseynli, Mirəli Əhmədov;
Yarımmüdafiəçilər: Samir Qurbanov, Nihad Quliyev, Elvin Məmmədov, Kamal Mirzəyev, Pərviz Azadov, Bəhruz Teymurov, Qurban Səfərov, Asim Əlizadə, Elçin Rəhimli;
Hücumçular: Amil Yunanov, Kamran Quliyev, Bahadur Həziyev, Uğur Cahangirov.
Qeyd edək ki, "Şamaxı" yeni mövsümün ilk oyununu avqustun 7-də doğma meydanında "Neftçi"yə qarşı keçirəcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ