“Şamaxı”nın legioneri: “Çalışıram ki, onun nəticələrini təkrarlayım“
14.09.2024 - 19:33
“Şamaxı”nın legioneri: “Çalışıram ki, onun nəticələrini təkrarlayım“

“Erkən qol vurmağımız xeyrimizə oldu. Nəticədə daha rahat oynaya bildik”. 

Apasport.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın futbolçusu Leroy Mikels deyib.

O, “Sumqayıt”la matçı dəyərləndirib: “Yaxşı oynadıq. Matça aqressiv başladıq. Bunun nəticəsində erkən qol vurduq. Ardınca bir neçə qol epizodu da yaratmağı bacardıq. Lakin bunlardan faydalana bilmədik”.

Almaniya futbolçu “Sabah”da çıxış edən qardaşı və “Şamaxı”ya adaptasiya dövrü barədə də danışıb: “Coy Lens Azərbaycanda çox uğurlu çıxış etmişdi. İndi də həmin performansını davam etdirir. Düzdür, o, çox daha yüksək səviyyəli futbolçudur. Amma çalışıram ki, onun nəticələrini təkrarlayım. Premyer Liqanı daha öncədən tanıyırdım. Qardaşımın “Sabah”dakı matçlarını izlədiyim üçün burda çətinlik çəkmədim. Adaptasiya ilə bağlı da problem yaşamadım. Burda günümün çox hissəsini oteldə və məşqlərdə keçirirəm. Amma ümumən şəhərdən, komandadan və baş məşqçidən məmnunam".

İsmayıl Xeyrullayev

0