"Şamaxı"ya Premyer Liqada iştirak üçün lisenziya verilib
27.05.2024 - 15:20

2023/2024 mövsümündə I Liqada çıxış edən "İmişli" və "Şamaxı" komandalarına Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya verilib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın Lisenziya Komissiyası qərar qəbul edib.
“İrəvan”, “Qaradağ Lökbatan”, MOİK və “Zaqatala” isə müvafiq lisenziyanı ala bilməyiblər. "İrəvan" növbəti mövsüm Azərbaycan I Liqasında iştirak etməyəcək.
Beləliklə, "Şamaxı" növbəti mövsüm Azərbaycan Premyer Liqasında, II Liqada çempion olan “Baku Sportinq” isə I Liqada mübarizə aparacaq.
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...
0
0