Samir Abasov: "Nəticə önəmli deyil"
13.07.2024 - 01:09
Samir Abasov: "Nəticə önəmli deyil"

"Artıq Qızılcahamamdakı hazırlığımızın demək olar ki, böyük bir hissəsini arxada qoymuşuq".

Apasport.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis "Gənclərbirliyi" ilə oyundan sonra komandanın nəticənin önəmli olmadığını deyib: "Komanda olaraq əsasən taktiki və texniki məsələlər üzərində işləyirik. Bununla yanaşı fiziki hazırlıqlarımız da davam edir. Bugünki yoxlama matçında da üzərində işlədiyimiz bir çox taktiki gedişləri sınaqdan keçirdik. Keçən oyundan sonra da qeyd etmişdim ki, bu cür qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, artıq oyunçularım onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar. Amma üzərində işləməli olduğumuz məsələlər var və bunları bilirik, bu yöndə məşqlərə davam edəcəyik".

Qeyd edək ki, "Sumqayıt" "Gənclərbirliyi"ni 1:0 hesabı ilə məğlub edib.

0