Samir Abasovun istədiyi “3-lük”
11.11.2022 - 14:08
Samir Abasovun istədiyi “3-lük”

Yenidən “Sumqayıt”ın baş məşqçisi postuna qaytarılan Samir Abasov qış fasiləsində həyata keçiriləcək transferlərlə bağlı çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis daha 3 futbolçunu siyahısına əlavə edib.

Onlardan ikisi vaxtilə “gənclik şəhəri” təmsilçisində məhz Abasovun rəhbərliyi altında çıxış edib. Bunlar “Kəpəz”in müdafiəçisi Yusif Nəbiyev və “Zirə”nin arxa xətt oyunçusu Slavik Alxasovdur. Hər iki oyunçunun qış fasiləsindən sonra hazırkı komandasında qalmaq ehtimalı az göstərilir. Nəbiyev həmçinin “Turan Tovuz”un da maraq dairəsindədir.

Həmçinin “Zirə”nin veteran müdafiəçisi Ruslan Abışov da ikinci yarıdan “Sumqayıt”ın formasını geyinə bilər. Bakılılarda şans qazanmayan 35 yaşlı futbolçunun oyun praktikası toplaması üçün icarəyə verilməsi istisna edilmir. Abışov eyni zamanda “Səbail”in də gündəmindədir.

Qeyd edək ki, “Sumqayıt” çempionatın 13 turundan sonra 5 xalla sonuncu pillədə qərarlaşıb.
 

0