
Futbol üzrə Azərbaycan milli komandası Millətlər Liqasının C1 qrupunda ilk matçda İsveçə məğlub olub - 1:3.
Apasport.az xəbər verir ki, millimiz qrupdakı ikinci oyununda səfərdə Slovakiya yığması ilə qarşılaşacaq.
Slovakiyaya ezam olunmuş əməkdaşımızın məlumatına görə, millimizi aparan təyyarə artıq Koşiçe hava limanına eniş edib.
Komandamızın baş məşqçisi Fernandu Santuşun səfər boyunca futbolçularla individual maraqlanması və hal-əhval tutması diqqətlərdən yayınmayıb.
Təcrübəli mütəxəssis təyyarə yola düşərkən ayağa qalxaraq komanda üzvlərinin hamısı ilə tək-tək görüşüb və onlara gözəl uçuşlar arzulayıb.
Qeyd edək ki, matç sentyabrın 8-i saat 20:00-da başlayacaq.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL