“Səbail” “Araz-Naxçıvan”dan da xal aldı - YENİLƏNİB
22.02.2025 - 17:52

Misli Premyer Liqasında XXIV tur davam edir.
Apasport.az xəbər verir ki, turun ikinci gününün oyunları Bakıda baş tutub.
İkinci pillədə qərarlaşan “Araz-Naxçıvan” “Səbail”i qəbul edib. Görüşdə hesab açılmayıb.
Qeyd edək ki, turun son iki qarşılaşması sabah keçiriləcək.
Misli Premyer Liqası
XXIV tur
22 fevral (şənbə)
16:00. “Araz-Naxçıvan” – “Səbail” 0:0
Baş hakim: Fərid Hacıyev
“Liv Bona Dea Arena”
0
0