"Səbail" daha bir transfer reallaşdırdı
25.07.2024 - 19:32
"Səbail" daha bir transfer reallaşdırdı

“Səbail” heyətinə daha bir futbolçu əlavə edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son klubu “Hapoel Akko” (İsrail) olan Gitay Sofirlə 1 illik müqavilə imzalanıb. 24 yaşlı israilli yarımmüdafiəçi "Səbail"də 5 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Səbail" bu yay Fərid Nəbiyev, Nihat Quliyev, Vüsal Məsimov, Amir Bilali, Dmitri Litvin, Qorka Laruçça, Mert Çelik, Gülağa Əsədov, Əlirza Müştəbəzadə və Ayman Bualini də transfer edib.

0