"Səbail" rekordunu təkrarlayıb
26.08.2024 - 11:28

“Səbail” Azərbaycan çempionatlarında özünün ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın IV turunun “Kəpəz”lə ev görüşündə gerçəkləşib.
Paytaxt təmsilçisi Gəncə klubunu dörd cavabsız qolla üstələyib.
“Səbail” tarixində ikinci dəfə Premyer Liqa matçında 4 top fərqi ilə qalib gəlib. 2018-ci il noyabrın 10-da “Sabah”la qarşılaşmada da 4:0 hesabına sevinən “dənizçilər” həmin vaxt səfərdə qələbə qazanıb. Həmin nəticəni təkrarlayan “Səbail” evdə ən böyükhesablı qələbəsini rəsmiləşdirib.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
0
0