“Səbail” Türkiyə klubu ilə heç-heçə edib
19.08.2026 - 22:42
2026/27-ci il mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail” qonşu ölkədə növbəti yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda “Sakaryaspor”la qarşılaşıb.
Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Təmsilçimizin yeganə qolu 54-cü dəqiqədə Felipe Hulk vurub.
0
0