“Səbail”də ayrılıq
03.07.2024 - 19:00
“Səbail”də ayrılıq

Bosniya və herseqovinalı müdafiəçi Adi Mehremiç “Səbail”dən ayrılıb.

Apasport.az xəbər verir ki, o, bu barədə İnstaqram hesabında paylaşım edib. Mehremiç yazıb: “Bura gəldiyim ilk gündən özümü yalnız evdəki kimi hiss etdim. Oğlum burada doğuldu, ona görə də mən “Səbail” və Bakı ilə daha da bağlılıq hiss edirdim. Klubdakı hər kəsə təşəkkür etmək istəyirəm. Klubdakı bütün insanlar mənə və ailəmə sevgi və dəstək verdilər. Vidalaşmıram, “görüşənə qədər” deyirəm. Hamınızı sevirəm".

Qeyd edək ki, 32 yaşlı mərkəz müdafiəçisi “Velez Mostar”, “Rujomberok”, “Sankt-Pölten”, “Jelezniçar”, “Karpatı”, “Aveş”, “Visla”(Krakov), “Makkabi Petah-Tikva”, “İstanbulspor”da oynadıqdan sonra “Səbail”ə keçmişdi.

0