“Səbail”dən yeni transfer
11.09.2025 - 19:54
"Səbail" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi Ali Babaeini rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı forvardla 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Ali Babaei son olaraq Kosovo təmsilçisi "Dukagjini"də çıxış edib. İranlı futbolçu ötən ilin sentyabr ayında bu klubdan ayrılıb.
- Rusiya klubundan rəsmi təklif: Rədd edib, "Qarabağ"da qaldı
- Kurban Berdıyev: “Kuboku qazanmağa çalışacağıq”
- Azərbaycan Kuboku: "Kəpəz" və "Turan Tovuz"dan darmadağın - YENİLƏNİB
- Asim Xudiyev Konfrans Liqası oyununa təyinat alıb
- Qırğızıstan klubunun nümayəndələri “Neftçi”nin rəsmiləri ilə görüşüblər - FOTO
0
0