"Səbail"in Çantakias transferi baş tutmadı - RƏSMİ
12.02.2025 - 13:54
Daha öncə xəbər verdiyimiz kimi, "Səbail" Dimitrios Çantakiası heyətinə qatmaq niyyətindədir. Lakin bu, ən azı yaya qədər baş tutmayacaq.
Apasport.az saytının məlumatına görə, futbolçu yeni klubla anlaşıb.
“Panserraikos”da çıxış edən müdafiəçi artıq "Lamia”nın uğurları üçün çalışacaq.
Bunu klubun mətbuat xidməti açıqlayıb. O, Yunanıstan təmsilçisi ilə yaya qədər müqavilə imzalayıb.
"Səbail"in isə şansını yayda bir daha yoxlayacağı bildirilir.
Qeyd edək ki, Çantakias 2020-24-cü illərdə "Zirə"də çıxış edib.
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB
- II Liqa: V tura start verilib - YENİLƏNİB
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- SOCAR ilə İtaliya Futbol Federasiyası arasında müqavilə imzalanıb
- "Qarabağ" üçün şad xəbər: SAVO QAYIDIR
0
0