“Səbail”in müdafiəçisi komandanı tərk etdi
28.05.2024 - 21:07

“Səbail”in müdafiəçisi Adil Nağıyev komandadan ayrılıb.
Apasport.az xəbər verir ki, o, bununla bağlı “İnstaqram” hesabında paylaşım edib.
O, bununla bağlı yazıb: “5 il formasını geyindiyim “Səbail”lə yolları ayırmaq qərarına gəldik. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Baş məşqçi, rəhbərlik, komanda yoldaşlarım, hər bir azarkeşə minnətdaram. Hər şey üçün təşəkkürlər. Hər zaman qəlbimdə olacaqsınız. Bir gün görüşmək ümidi ilə”.
28 yaşlı futbolçu 2019-cu ilin yayından “Səbail”də çıxış edirdi.
- "Neftçi" Bayılda 3 xalı qopartdı - YENİLƏNİB
- Millinin Haiti və Belarusla oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"
- "Zirə"nin legionerləri milli komandalarına dəvət alıblar
- “Şamaxı” onlarla da müqavilə müddətini uzadıb
0
0