“Şəfa”nın baş məşqçisi bəlli oldu
05.06.2026 - 17:48
Misli Premyer Liqasının 2026/2027 mövsümünə vəsiqə qazanan "Şəfa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu posta Zaur Həşimov təyin olunub.
44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Z.Həşimov futbolçu kimi "Şəfa"nın formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
O, "Qəbələ" və "Zirə" klublarında məşqçi kimi çalışıb. Eyni zamanda, Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib.
Zaur Həşimov həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.
- Vernidubdan iddialı açıqlama – "Həm liqada, həm avrokubokda..."
- Emin Mahmudovdan mesaj – "Dinamo"nu keçib yolumuza davam etməliyik
- "Qəbələ"dən nigeriyalı transfer – Meşakla müqavilə imzalandı
- "Karvan-Yevlax"dan transfer – Təcrübəli qapıçı ilə 1 illik müqavilə
- “Turan Tovuz”dan yeni transfer: Fransız futbolçuyla 2 illik müqavilə
0
0