“Şəfa”nın milli fasilə planı bəlli oldu
23.09.2026 - 18:32
Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilə üçün “Şəfa”nın planı bəlli olub.
Apasport.az xəbər verir ki, 5 günlük istirahətdən sonra komanda bu gün səhər ilk məşqini keçirib.
Hazırlığın bir hissəsi Qəbələdə baş tutacaq.
Bu dönəmdə Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bir yoxlama oyunu keçirəcək.
Okyabrın 3-də Bakıda təşkil olunacaq görüşdə “Şəfa”nın rəqibi “İmişli” olacaq.
0
0