Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunan 5-ci Ənənəvi Minifutbol Turnirində IV turun qarşılaşmaları keçiriləcək.
Apasport.az xəbər verir ki, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 noyabr) münasibətilə təşkil olunan yarışda oktyabrın 17-18-də dörd oyun baş tutacaq.
C və D qruplarında keçiriləcək görüşlərə Bakı Tennis Akademiyası ev sahibliyi edəcək.
Qarşılaşmaları AFFA hakimləri Ramin Namazov, Kənan Məlikov, Elgün Hüseynov və Hacıəli Ağayev idarə edəcəklər.
5-ci Ənənəvi Minifutbol Turniri
IV tur
17 oktyabr
C qrupu
17:00. Xəzər TV – Zəfər 44
18:00. Baku WS – Ardanış
18 oktyabr
D qrupu
17:00. CBC Sport – Gəncəvi Media
18:00. AnewZ – VƏTƏN
Qeyd edək ki, turnir noyabrın 15-də başa çatacaq.