Səid Nəcəfzadə Paralimpiya çempionu olub!
02.09.2024 - 13:05

Azərbaycanın daha bir təmsilçisi Səid Nəcəfzadə Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, T12 kateqoriyasında yer alan paraatlet uzunluğa tullanma növündə çıxış edib.
O, 7,27 metr nəticə ilə qızıl medalın sahibi olub.
Təmsilçimiz argentinalı Fernando Vazquez (6.88m) və özbəkistanlı Doniyor Saliyevi (7.16m) üstələyərək Paralimpiya çempionu olub.
Beləliklə, aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal olan Azərbaycan millisi medal sıralamaasında 22-ci pilləyə yüksəlib.
- “Neftçi”dən getmək istəmir - MƏQSƏDİ QALMAQDIR
- İsrarla Rüfət Abdullazadəni istəyirlər - QƏRARINI VERMƏYİB
- “Şamaxı” Portuqaliyadan yarımmüdafiəçi gətirir - EKSKLÜZİV
- “Olimpiakos” və “Zirə”nin sabiq futbolçusu: “Hayduk”u keçmək çətin olacaq“
- “Şahdağ Quba”nın sabiq prezidenti Türkiyədə ölü tapıldı - VİDEO
0
0