"Şəki Siti" futbolçusundan Arda Güler qolu - VİDEO
15.04.2026 - 18:46
"Şəki Siti" futbolçusundan Arda Güler qolu - VİDEO

“Şəki Siti” futbol üzrə Azərbaycan II Liqasının XXII turu çərçivəsində doğma meydanda “Ağstafa Gəncləri”ni qəbul edib.

Apasport.az xəbər verir ki, qarşılaşma qonaq komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ev sahiblərinin yeganə dəqiq zərbəsinin müəllifi Rəsul İbrahimov olub və o, baxımlı qolla yadda qalıb.

Onun bu uğurlu cəhdi “Real Madrid”in futbolçusu Arda Gülerin “Elçe”yə qarşı fərqləndiyi epizodu xatırladıb.

Həmin epizodu sizə təqdim edirik: