Serbiya – Azərbaycan oyununun vaxtı açıqlandı
14.08.2023 - 11:51
Serbiya – Azərbaycan oyununun vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Serbiya yığmasına qarşı keçirəcəyi oyunun başlama saatı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Sentyabrın 12-də keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Oyun Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, qarşılaşma Avropa çempionatının seçmə mərhələsində baş tutacaq.
 

0