Sıralama turunda eyni komandanın pilotları qəza törədib
13.09.2024 - 15:55
Sıralama turunda eyni komandanın pilotları qəza törədib

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda iki pilot qəza törədib.

Apasport.az xəbər verir ki, "Campos Racing"dən İsak Hacar və onun komanda yoldaşı Xosep Maria Martinin idarə etdiyi bolidlər səddə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb və sıralama turu bir müddət dayanıb.

 

0