Slavko Georgiyevski: "Sadəcə biabırçılıqdır, "Neftçi" baş məşqçisini dərhal dəyişməlidir"
24.09.2024 - 18:21
Slavko Georgiyevski: "Sadəcə biabırçılıqdır, "Neftçi" baş məşqçisini dərhal dəyişməlidir"

"Neftçi"nin sabiq futbolçusu Slavko Georgiyevski apasport.az saytına açıqlama verib.

"Ağ-qaralar"ın veteran yarımmüdafiəçisi komandanın hazırkı durumunu şərh edib. O, bununla yanaşı, "Neftçi"də kapitan sarğısının Emin Mahmudovdan alınması haqda da fikir bildirib: "Bəli, Emin Mahmudovdan kapitanlığın alınması haqda xəbərdaram. Amma kapitanı dəyişmək, problem olmalıdır? Yəqin ki, o, yaxşı oynamır, ya da intizam problemi var. Əsas məsələ başqadır. Yəni, kapitanı dəyişərək, "Neftçi"dəki problemi dəyişmək... Komanda yeddi turdan sonra 4 xalla 9-cu pillədədir, bir qələbə də yoxdur. Bu haqda nə demək olar? Sadəcə biabırçılıqdır, "Neftçi" baş məşqçisini dərhal dəyişməlidir. Qriqorçuk deyir ki, hər şey yaxşı olacaq, zaman lazımdır. Mən ona bir sual vermək istəyirəm. Tutalım ki, "Şaxtyor"da (Donetsk) baş məşqçisən və bu klub "Neftçi"nin durumundadır, 9-cu pillədədir...Sən orada hələ də baş məşqçi kimi qalacaqsan? İstefa olmayacaq? Məncə, xeyr, gözləyən olmayacaq. "Neftçi"də oyun yoxdur, məncə heç olmayacaq da. Mən "Neftçi"liyəm və çox istəyirəm ki, bu komandada hər şey yaxşıya doğru düzəlsin. "Neftçi"nin uğurlu çıxışı məni həmişə çox sevindirir, uğursuzluğu məni çox üzür".

0