Son 4 il 4 ayın rekordu - yığmamızdan
06.10.2022 - 14:42
Azərbaycan millisi son 4 il 4 ayın rekordunu təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri FİFA reytinqində 5 pillə irəliləyib.
128-ci pillədən 123-cü yerə sıçrayan yığmamız son 52 ayda bundan böyük irəliləyişə nail olmayıb. Komandamız 2020-ci ilin noyabrında da indiki kimi sıçrayışa sevinib. Həmin vaxt de Byazinin komandası 114-cü yerdən 109-cuya yüksəlib.
Qeyd edək ki, millinin daha böyük irəliləyişinə sonuncu dəfə 2018-ci ilin iyununda təsadüf olunub. Qurban Qurbanovun baş məşqçilik etdiyi həmin vaxt 21 pilləlik sıçrayış yaşanıb.
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
0
0