
“Qarabağ”ın hücumçusu Olavio Juninyoya “Sevilya”dan əvvəl “Srvena Zvezda”nın maraq göstərməsi haqda xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, əslində, Serbiya klubu braziliyalı hücumçu üçün 3 milyon avro təklif edib.
Amma “Sevilya”nın israrlı təklifi forvardın fikrini yalnız İspaniya klubuna yönəldib.
Belə olan halda, “Srvena Zvezda” onun uğrunda mübarizədə geri çəkilib. “Qarabağ”ın hücumçusunun İspaniya La Liqasına getmək istəyi daha çox olub.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-cü il iyulun 1-də “Çaveş”dən “Qarabağ”a keçib. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.
- “Araz-Naxçıvan” braziliyalı futbolçu ilə müqavilə yenilədi
- Fernandu Santuşun mətbuat konfransı keçiriləcək
- Millimizin dünya çempionu olması münasibətilə konsert proqramı təşkil ediləcək
- Əliyar Ağayev Serbiya yığmasının oyununa təyinat alıb
- Vüsal İsgəndərli: “Yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək”