
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Sumqayıt" - "Fehervar" matçına 2800 bilet satılıb.
Apasport.az xəbər verir ki, bu barədə "Sumqayıt" klubunun mətbuat xidməti məlumat yayıb.
Oyunu canlı izləmək istəyən azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, iyulun 20-dən isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə etmək mümkündür. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.
Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL