
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Konfrans Liqası matçlarına ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Belarusun “Dinamo Minsk” klubu Konfrans Liqasının ev oyunlarını Azərbaycanın Sumqayıt şəhərində keçirəcək.
Minsk klubu oktyabrın 3-də, saat 20:45-də Şotlandiyanın "Harts", noyabrın 28-də, saat 21:45-də Danimarkanın "Kopenhagen" və dekabrın 12-də, saat 21:45-də Şimali İrlandiyanın "Larn" kollektivini Sumqayıtda qəbul edəcək.
Buna səbəb UEFA-nın Belarusa tətbiq etdiyi sanksiyadır. Həmin qərara əsasən, Minsk təmsilçisi Liqa mərhələsindəki ev oyunlarını öz ölkəsində keçirə bilməz.
Qeyd edək ki, qarşılaşmalar azarkeşsiz keçiriləcək.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”