2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə qatıb.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Türkiyə Super Liqası təmsilçisi "Başakşehir"in futbolçusu Alya Tureni heyətinə qatıb.
Qvineyalı oyunçu 1 illik icarəyə götürüb. 20 yaşlı cinah yarımmüdafiəçisi "Sumqayıt"ın heyətində 37 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Alya Ture karyerası boyunca Qvineyanın "Sekvens", Türkiyənin "Başakşehir", "Akhisarspor" və Danimarkanın "Yammerbuxt" klublarında çıxış edib. Ture həmçinin Qvineyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına da dəvət alıb.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ